imaret inshaat
az en ru home site map contacts haqqimizda xidmetler qalereya elaqe
   

HAQQIMIZDA

Layihə-dizayner şirkəti olan “İmarət-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyət 2005-ci ilin aprel ayında təsis edilmiş və fəaliyyət göstərdiyi müddət ərzində layihə-dizayner, şəhərsalma və digər layihələndirmə işlərinin yerinə yetirilməsi sahəsində zəngin təcrübə qazanmışdır.  

Bütün obyektlərin inşası zamanı firma tərəfindən müəllif nəzarəti həyata keçirilir – tikinti işlərinin layihəyə və mövcud Tikinti Norma və Qaydalarına uyğun aparılmasına nəzarət edilir.  

Şirkətin rəhbəri və baş memarı, 1989-cu ildən Azərbaycan Memarlar İttifaqının üzvü Mahmudov Gavə Nəriman oğlunun başçılığı ilə çalışan memar və layihəçilərin yaradıcılıq kollektivi hər bir layihəyə fərdi şəkildə yanaşmaqla, sifarişçilərin zövq və tələblərinə cavab verən layihələr işləyir, mənzillərin dizayn tərtibatına, mühəndis təminatına, eləcə də istifadə olunacaq inşaat materiallarının keyfiyyətinə və geniş seçim imkanlarına xüsusi diqqət yetirir.

Fəaliyyət göstərdiyi müddətdə “İmarət-İnşaat” MMC tərəfindən respublikanın ayrı-ayrı bölgələrində müxtəlif həcmli və məqsədyönlü layihələr həyata keçirilmişdir:

Bakı şəhəri üzrə:


- Nəsimi rayonu, A.Səhhət küçəsində 3 ədəd 16-17 mərtəbəli yaşayış evi;
- Nəsimi rayonu, R.Behbudov küçəsində 2 ədəd 19-21 mərtəbəli yaşayış binası;
- Binəqədi rayonu, 8-ci mikrorayonda 16 mərtəbəli yaşayış binası;
- Yasamal rayonu, C.Cabbarlı küçəsində 15 mərtəbəli 3 ədəd ofis binası;
- Yasamal rayonunda 12-16 mərtəbəli yaşayış binaları kompleksi;
- Nərimanov rayonunda 7 ədəd 16-18 mərtəbəli yaşayış binası;
- Xətai rayonunda 1 ədəd 16 mərtəbəli yaşayış binası;
- Nizami rayonunda 3 ədəd 12-16 mərtəbəli yaşayış binası;
- Nizami rayonunda hazırda tikilməkdə olan Dövlət Sərhəd Xidmətinin idman-sağlamlıq kompleksi;
- Mərdəkan, Maştağa, Suraxanı, Hövsan qəsəbələrində, eləcə də Nərimanov, Yasmal, Qaradağ, rayonunda Fövqəladə Hallar Nazirliyi üçün Yanğınsöndürmə depolarının binaları.

Əyalətlər üzrə:

  1. Gəncə şəhərində 8 - 9 mərtəbəli yaşayış binası;
  2. Abşeron rayonunda və Xırdalan şəhərində Fövqəladə Hallar Nazirliyi üçün Yanğınsöndürmə depolarının binaları;
  3. Siyəzən, Qusar, Xaçmaz, Qəbələ rayonlarında Fövqəladə Hallar Nazirliyi üçün Yanğınsöndürmə depolarının binaları.
  4. Fövqəladə Hallar Nazirliyinin Sumqayıt regional mərkəzinin inzibati binası;
  5. Fövqəladə Hallar Nazirliyinin Xaçmaz regional mərkəzinin inzibati binası;
  6. Fövqəladə Hallar Nazirliyinin Yevlax regional mərkəzinin inzibati binası;
  7. Qəbələ rayonunda mülki-müdafiə qoşunları üçün bina.

Bu gün “İmarət-İnşaat” MMC yeni ideyalar axtarışında olmaqla, öz layihələri ilə Azərbaycanımızın həm paytaxt şəhərinin, həm də regionlarının inkişafına öz tövhəsini verməyə çalışır.